Rövnəq Abdullayev İraqın neft naziri ilə görüşüb

Rövnəq Abdullayev İraqın neft naziri ilə görüşüb
  01 İyun 2015    Oxunub:1496
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Bakıda səfərdə olan İraqın neft naziri Adil Abdulmahdinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
AzVision.az SOCAR-a istinadən verdiyi xəbərə görə, R.Abdullayev bu səfərin Azərbaycan-İraq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

A.Abdulmahdi neft-qaz sektorunun Azərbaycan və İraqın iqtisadiyyatında önəmli yer tutduğunu, hər iki dövlətin bu sahədə yüz ildən artıq təcrübəyə malik olduğunu vurğulayıb. Nazir dünyada sənaye üsulu ilə ilk neftin Azərbaycanda çıxarılması haqqında məlumatlı olduğunu, İraqda ilk neft quyusunun ötən əsrin əvvəlində qazıldığını diqqətə çatdırıb.
Azərbaycanın bugünkü inkişafında yeni neft strategiyasının mühüm rol oynadığını deyən iraqlı nazir Azərbaycana böyük sosial-iqtisadi uğurlar qazandıran enerji siyasətinin hazırda uğurla davam etdirildiyini, iraqlıların bir dost ölkə kimi Azərbaycanın inkişafını qürurla izlədiklərini bildirib.

Daha sonra qonaq İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında məlumat verib, qarşıda duran əsas vəzifələrdən danışaraq, infrastrukturun yenilənməsinin prioritet olduğunu vurğulayıb, bu sahədə böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb. O, Rövnəq Abdullayevin bir müddət əvvəl İraqa səfəri zamanı başlanmış dialoqun inkişaf edərək, əməli nəticələr verəcəyinə əmin olduğunu bildirib.
SOCAR prezidenti əməkdaşlıq üçün geniş fəaliyyət imkanlarının mövcud olduğunu, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını deyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti