Avropa Oyunları ilə bağlı FHN-də müşavirə keçirilib

Avropa Oyunları ilə bağlı FHN-də müşavirə keçirilib
  02 İyun 2015    Oxunub:1138
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış Əməliyyat Qərargahında iyunun 1-də müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak ediblər.

Müşavirədə Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunları ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində nazirliyin gördüyü işlər barədə geniş məruzəsi dinlənilib.

Məruzənin təqdimatı zamanı Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri, habelə Atletlər Kəndi ilə birbaşa telekörpü təşkil olunub, hər bir obyekt üzrə yaradılmış qərargah rəhbərləri görülmüş işlərlə bağlı məruzələr ediblər.

Sonra nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev FHN- də yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinin müasir səviyyədə qurulması, nazirliyin qüvvə və vasitələrinin effektli idarə edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilmiş ən son yenilikləri barədə məruzə edib.

Nazir K. Heydərov Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Sonda çıxış edən “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi sahəsində FHN tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.


Teqlər:





Xəbər lenti