Azərbaycanla İraq arasında anlaşma
Bildirib ki, İraqda neft-qaz layihələri üzrə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın əsasını təşkil edəcək.
Bakıda ARDNŞ rəhbərliyi ilə apardığı danışıqları, keçirilən görüşləri yüksək qiymətləndirən İraqın neft naziri Adil Abdulmahdi də öz növbəsində iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini yada salıb. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulayıb və bildirib ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirib.
Natiq Əliyev isə qeyd edib ki, Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalıdır: "Tarixi köklərə söykənərək xalqlarımız arasında əlaqələr müxtəlif sahələrdə daha da genişlənməlidir. İmzalanan sənəd bu baxımdan da yeni imkanlar yaradır".
Görüşdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu imzalanıb.