3 yaşlı Fərəhin anası hələ də müalicə alır

3 yaşlı Fərəhin anası hələ də müalicə alır
  02 İyun 2015    Oxunub:2065
“Bakıda yanğın baş verən binada xəsarət alanların böyük əksəriyyəti evə buraxılıb. Hazırda yalnız bir xəstə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir”.
Bunu APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, ötən həftə şöbədə müalicə alan 8 xəstədən 7-si evə buraxılıb: “Hazırda müalicəsi davam etdirilən şəxs hadisə nəticəsində dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmovadır. Sabah o, müayinədən keçiriləcək. Bundan sonra həmin xəstənin nə zaman evə buraxılacağı məlum olacaq”.

Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Teqlər:



Xəbər lenti