36 dərəcə isti olacaq

36 dərəcə isti olacaq
  02 İyun 2015    Oxunub:1661
İyunun 3-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 3-5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da günün bəzi saatlarında rütubətin normadan bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Teqlər:



Xəbər lenti