SOCAR TANAP üçün maliyyə məsləhətçisi seçir

SOCAR TANAP üçün maliyyə məsləhətçisi seçir
  02 İyun 2015    Oxunub:1526
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu boru kəməri (TANAP) layihəsinə maliyyə vəsaitinin cəlb olunması üçün maliyyə məsləhətçisi seçir.
AzVision.az xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

V.Əliyevin sözlərinə görə, hazırda məsləhətçi şirkətin seçilməsi mərhələsi gedir və seçimdən sonra mövcud olan və ya mümkün olan maliyyə qaynaqlarının araşdırılması və razılaşdırılması prosesinə başlanacaq.

V.Əliyev TANAP-ın maliyyələşdirilməsinə cəlb olunacaq vəsaitin məbləğini açıqlamayıb. O, layihəyə nə qədər vəsaitin cəlb olunacağını Azərbaycan hökuməti, SOCAR və layihənin tərəfdaşları ilə birgə aparılacaq müzakirələrdən sonra müəyyənləşəcəyini deyib.
"Bu layihəyə maliyyə şirkətinin cəlb olunması böyük bir prosesdir. Bu proses uzun çəkə bilər. Bu, vaxt və ciddi əmək tələb edən işdir", - deyə SOCAR rəsmisi bildirib.


Teqlər:





Xəbər lenti