Arvadı ilə dalaşan kişi özünü öldürmək istədi

Arvadı ilə dalaşan kişi özünü öldürmək istədi
  02 İyun 2015    Oxunub:1726
Bakının Nəsimi rayonunda 1 nəfər intihar etmək istəyib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 37 yaşlı kişi yaşadığı hündürmərtəbəli binadan özünü atmaq istəyib.

Məlumat daxil olan kimi hadisə yerinə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılıb.

Əməliyyat saat 10:47-də başa çatıb.

İlkin olaraq bildirilib ki, kişi həyat yoldaşı ilə mübahisə etdiyi üçün əsəbləşibmiş. Bu səbəbdən də həyatından bezdiyini deyib və özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti