Təbrizdə ermənilərin tarix muzeyi açılacaq

Təbrizdə ermənilərin tarix muzeyi açılacaq
  01 İyun 2013    Oxunub:1123
Tezliklə Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin tarix muzeyi açılacaq.
İRNA agentliyinin məlumatına görə, bu barədə İranın Mədəni İrs Təşkilatının baş direktoru Turab Məhəmmədi bildirib. Onun sözlərinə görə muzeydə tarixin müxtəlif dövrlərində ermənilərin həyat tərzini əks etdirən eksponatlar toplanacaq.

"Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərn xilafət Şurası ilə danışıqlarımız baş tutub.

Biz Təbriz kilsələrindən birində toplanmış tarixi eksponatların bu muzeyə verilməsi haqqında razılıq əldə etmişik",- deyə Məhəmmədi əlavə edib.

Qeyd edək ki, erməni tarix muzeyi üçün Təbrizin tarixi abidəsi hesab olunan "Əsədi" erməni məktəbinin binası seçilib. Muzeydə toplanan eksponatların əksəriyyətini erməni ailələri hədiyyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti