Bayram Səfərov ATƏT-in sədri ilə görüşüb
“Münaqişə yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll edilməlidir. Biz bu istiqamətdə həm ATƏT-in Minsk Qrupundan, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.
İ. Daçiç Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşün təşkil olunmasından məmnunluğunu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


