`Enerji təhlükəsizliyi siyasi amillərdən asılıdır` -Nazir
Onun sözlərinə görə, İran məsələsi, Rusiya-Ukrayna münaqişəsi, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında baş verən toqquşmalar və sair amillər bu gün enerji təhlükəsizliyinə daha çox təsir edir: `Buna görə də, bu münaqişələr həm siyasətçiləri, həm də neft-qaz sahəsində çalışan şirkət rəhbərlərini narahat edir. İnvestisiyalar sabit ölkələrə axır. Qeyri-sabitlik olan ölkələrə investisiya yatırıla bilməz`.
O, qeyd edib ki, hazırda Avropa enerji resursları çatışmazlığından ciddi narahatdır: "Buna səbəb Ukrayna ilə Rusiya arasındakı münaqişədir. Çünki Rusiya Avropa ölkələrinə enerji resursları tədarük edən əsas ölkədir. Dünyada enerji resurslarına olan təlabat günü-gündən artır və bu artımın davam edəcəyi gözlənilir".
Nazir bildirib ki, dünyada alternativ enerjinin istehsalının artmasına baxmayaraq, neft və qaza olan tələbat da artır:"Bu səbəbdən Azərbaycan enerji resursları baxımından Avropa üçün böyük potensiala malikdir. Ölkəmiz Orta Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir".
AzVision.az
Teqlər: