ANS-dən laçınlılara cavab: `Üzr istəməyəcəyik...`
L.Ələşrəfqızı təhqir etdiyi halda sakinlərdən üzr istəməyə hazır olduğunu vurğulayıb.
“Təbii ki, təhqir etmiş olsaydım, üzr istəyərdim. O qədər də tərbiyəsiz deyiləm. Bir şey də maraqlıdır ki, niyə onlar yatıb, indi oyanırlar. Süjet efirə mayın 18-də gedib. Niyə onlar 13 gündən sonra hərəkətə keçiblər? Şəxsən mən o süjetdə təhqir görmürəm. Prezidentə də ünvanladıqları məktubda iki cümlə göstəriblər: “Laçın təslim üçün əllərini qaldırmışdı, vəziyyət belə idi. Rayon 1927-ci ilə qədər daşıdığı ada Abdala oxşuyurdu”. İndi desinlər ki, təhqir haradadır?”
Xatırladaq ki, Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər. Onlar Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində telekanalın hazırladığı verilişlərdə təhqir olunduğunu bildirilər.
Şikayətçilər bildirib ki, ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə getmiş süjetlərə şərh verən telejurnalist Ləman Əşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb, onları ləkələməyə çalışıb.
Gültəkin Ələsgər