“Deputatlar özlərini yaxşı aparır” - Siyavuş Novruzov

“Deputatlar özlərini yaxşı aparır”  - Siyavuş Novruzov
  03 İyun 2015    Oxunub:2394
“Milli Məclisin yaz sessiyası dövründə və ümumilikdə parlamentin gedişində etik normalardan kənara çıxan, yaxud da üzrsüz səbəbdən parlamentin iclasında iştirak edə bilməyən deputatlar olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov deyib.

Komissiya sədri bildirib ki, deputatlarla bağlı onlara müraciət daxil olmayıb.

S.Novruz həmçinin diqqətə çatdırıb ki, deputatların etik davranış qayadaları haqqında qanun layihəsi parlamentin növbəti sessiyasının gündəliyində olacaq.

Milli Məclisin iclaslarında zaman-zaman deputatlar arasında baş verən söz atışmasına münasibət bildirən komissiya sədri hesab edir ki, bu normal haldır, deputatlar bir-birilərinə öz fikirlərini söyləyə bilər.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti