Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq
  03 İyun 2015    Oxunub:1265
Sabah yyunun 4-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.


Teqlər:





Xəbər lenti