`Heç bir layihəni dayandırmamışıq` - Rövnəq Abdullayev

  03 İyun 2015    Oxunub : 1185
`Heç bir layihəni dayandırmamışıq` - Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) may ayında neft məhsullarında ixracını azaldıb.
Bu barədə danışan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, I Avropa Oyunları ilə əlaqədar ölkənin yanacağa olan tələbatını tam ödəmək məqsədilə ötən ay neft məhsullarının ixracı azaldılıb:

“Biz neft məhsullarının ixracını dayandırmamışıq. Sadəcə olaraq ixracı bir az azaltmışıq. Bilirsiniz ki, qarşıdan Avropa Oyunları gəlir. Buna görə də yanacağa böyük tələbat var. O tələbatı tam ödəmək üçün neft məhsullarının ixracını bir az azaltdıq ki, anbarlarda yanacağımız bol olsun. Bu, imkan verəcək ki, daxili bazarın tələbatını tam ödəyək”.

O, eyni zamanda deyib ki, neftin qiymətinin düşməsinə baxmayaraq hələ ki, bütün layihələr həyata keçirilir:

“Heç bir layihəni dayandırmamışıq. Çünki, həmin layihələrin maliyyələşmə məsələləri həll olunmuşdu. Maliyyə mənbələri bəlli idi. Bütün layihələr qrafikə uyğun həyata keçirilir”, - deyə R.Abdullayev bildirib.

Teqlər: