TQDK məlumat yaydı

TQDK məlumat yaydı
  03 İyun 2015    Oxunub:1933
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Rezidentura” xüsusi buraxılışının 3-cü sayı nəşr olunub.
Komissiyadan verilən məlumata görə, jurnalda 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan verilib.

Burada həm də “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi forması (nümunə), “Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli?”, 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar və onların plan yerləri, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2014-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları yerləşdirilib.


Teqlər:  



Xəbər lenti