Roma Papası xalqımıza əmin-amanlıq arzu edib

Roma Papası xalqımıza əmin-amanlıq arzu edib
  03 İyun 2015    Oxunub:1387
Roma Papası Fransis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.

Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm".


Teqlər:  



Xəbər lenti