Bakıda qumbara tapılıb

Bakıda qumbara tapılıb
  04 İyun 2015    Oxunub:1433
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri Nizami rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.


Teqlər:



Xəbər lenti