Putinin `Bakı 2015`lə bağlı iradı nəticə verdi

Putinin `Bakı 2015`lə bağlı iradı nəticə verdi
  04 İyun 2015    Oxunub:2001
"Həqiqətən də Rusiya televiziya kanalları tərəfindən Azərbaycanda keçiriləcək Avropa oyunlarına böyük maraq var. Avropa oyunları çərçivəsində keçiriləcək bütün idman yarışlarının yayımı planlaşdırılır".
Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirib. Onun sözlərinə görə, I Avropa Oyunlarını VQTRK (Ümumrusiya Dövlət Teleradio Kompaniyası) iki kabel kanalı olan Sport-1 və Sport - 2 kanalları ilə oyunları yayımlayacaq: "Bundan başqa bütün yarışları "Rossiya 2" kanalı nümayiş etdirəcək".

Aleksandr Jukov Rusiya idmançılarının I Avropa oyunlarına ciddi hazırlaşdığını qeyd edib: "Bütün federasiyalar Avropa Oyunlarına idmançı seçiminə çox ciddi yanaşıblar. Bakıya bütün idman növləri üzrə ən güclü idmançıları aparırıq. Ümid edirik ki, Rusiya yığma komandası ümumi hesabda da birinci yeri qazanacaq".

Rusiya Olimpiya Komitəsinin prezidenti Bakı-2015-in təşkilat komitəsinin Avropa oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirib: "Mən son vaxtlar Bakıda iki dəfə olmuşam. Avropa oyunlarının keçiriləcəyi idman obyektlərinə diqqətlə baxmışam. Bütün infrastruktura, yarışların keçiriləcəyi obyektlər, bir sözlə, hər şey yüksək səviyyədədir. Möhtəşəm idman şəhərciyi tikilib. Bakı bütövlükdə özü möhtəşəm şəhərdir. Ona görə də, hesab edirəm ki, Bakı ilk Avropa oyunlarını ən yüksək səviyyədə keçirəcək". (Ans)


Teqlər:





Xəbər lenti