`Müsavatın boykotu gülməlidir` - Millət vəkili

`Müsavatın boykotu gülməlidir` - Millət vəkili
  04 İyun 2015    Oxunub:3124
`Artıq iki ölkənin komandası Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında güclərini sınamaq üçün Bakıya gəlib. Yaxın günlərədə gələnlərin sayı sürətlə artacaq. Və belə bir ərəfədə Müsavat bəyanat verərək Avropa Oyunlarını baykota səsləyir. Gülməlidir, deyilmi?`

Bu sözləri millət vəkili, telejurnalist Sahib Alıyev öz facebook profilində yazıb. Onun fikrincə, demək olar ki, üzdə olan təmsilçilərinin 80 faizi sıralarını tərk etmiş və ötən gün daha 11 qadın üzvünün qapısını çırpıb getdiyi bir partiya öz içərisində nəyin baş verdiyini araşdırmaq əvəzinə, belə anlamsız açıqlamada bulunur:

- Əslində onların hərəkəti anlaşılandır. Qərbdəki bəlli çevrələr İsa Qəmbər və yandaşlarından müxalifət partiyası kimi tanınmalarını istəyirlərsə, belə bir bəyanat vermələrini tələb ediblər. Onlar da veriblər. Ancaq fərqində deyillər ki, ilk Avropa Oyunlarınının məhz Azərbaycanda baş tutmasından böyük sevinc və fəxr hissi keçirən xalqın nəzərində bu, müxalifətçilik yox, 5-ci kolonçuluq kimi qiymətləndirilir. Həqiqətən də belədir. Bir zamanlar ana müxalifət adı uğrunda yarışa çıxanlar indi ana 5-ci kolon olmağın peşindədirlər. Bu baxımdan müsavatdakılar bir az keçikib, Milli Şuradakılar onlardan bir addım qabaqdadırlar. Bəlkə də burada "qabaq" sözü o qədər də yerinə düşmədi, bir metr dərindədirlər desək, daha doğru olar, məncə.


Teqlər:



Xəbər lenti