Sarkisyan Suriya və Liviyaya qaçaq silah satır

Sarkisyan Suriya və Liviyaya qaçaq silah satır
  04 İyun 2015    Oxunub:2032
Ermənistan rəhbərliyi terrora dəstək və silah satışından külli miqdarda pullar qazanır.

Erməni mətbuatından və sosial şəbəkələrdən əldə olunmuş məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanın biznes ortağı, erməni əsilli oliqarx, iş adamı David Qalstyan rəhbəri olduğu “DG Arms Corporation” şirkəti vasitəsi ilə Serbiya və Albaniyadan qeyri-leqal yolla Suriya və Liviyaya müxtəlif növ silah-sursatın daşınması ilə məşğuldur.

“DG Arms Corporation” şirkəti müxtəlif vaxtlarda Albaniya Müdafiə Sənayesi nəzdində fəaliyyət göstərən “MEIKO” və Serbiyanın “MDI” və “Moisston İnceneri” şirkətləri vasitəsilə Ermənistan üzərindən Suriya və Liviyaya minaatan silah və mina mərmiləri, eləcə də sursat satışını həyata keçirir.

Daşınma Sarkisyana və onun ətrafına məxsus “Southern Airlines”, “Ayk Air”, “Skvia”, “Taron Air” və “Vaqram Samonyan” hava yolları şirkətləri vasitəsi ilə aparılır.

David Varazdati Qalstyan hazırda Ermənistan rəhbərliyi, xüsusən S.Sarkisyan və S.Ohanyanla şərikli bir sıra şirkətlərə sahibdir.

Xarici mətbuatın yazdığına görə Qalstyan həyat yoldaşı Samveli Marqaryanla uzun müddətdir nikahda olmalarına baxmayaraq “Lubawa Armenia” adlı Ermənistan – Polşa birgə müəssəsəsinin qadın rəhbəri ilə yaxın əlaqədədir. Onlar mütamadi olaraq xaricdə “iş səfərləri” zamanı, əsasən də Dubay şəhərində görüşürlər. Bu “xüsusi iş görüşləri” David Qalstyan tərəfindən S.Sarkisyan və yaxın ətrafı üçün də tez-tez təşkil olunur.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti