“Müsavata üzv olmaq üçün 1800 verdim” - Mühacir qalmaqalı
“Yeni Müsavat” qəzeti isə saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyevlə əlaqə saxlayıb. E.Mirzəyev dedi ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Müsahib dedi ki, G.Aslanlı tərəfindən dünən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev dedi ki, onun oturum alması məsələsində heç bir dəyişiklik yoxdur.
Onun sözlərinə görə, hələ ki növbəti müsahibə baş tutmayıb: “Belçika dövləti oturum verməsə də, həyatımızı yaşayacağıq. Pislikləri özlərinə qalsın. Amma mən əlimdəki bütün sənədləri Qənimət Zahidə verəcəm, qoy o bu mövzunu ”Azərbaycan Saatı" verilişində yayımlasın. Axı bu bəyanatı yaymaqla nə oldu? Bunun adı pislikdir, başqa adı yoxdur. İnsanlara saxta sənədlər satmısız və mən yeganə adam deyiləm. Sizin qəzetinizə müsahibənizdən sonra Eldar Zeynalov Mirzə Sakitə müraciət edib ki, niyə onun adını çəkmişik. Halbuki o adam mənimlə bağlı miqrasiya idarəsinə yalan məlumatlar verirdi. Eldar Zeynalov dövlətə satılmış hüquq müdafiəçisidir. İndi Müsavat Partiyası başqanının müavini onu hörmətli adam kimi təqdim edir".
Müsahibimiz bu məsələni sona qədər araşdıracağını və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını dedi: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


