AzTV-də yoxlama aparıldı

AzTV-də yoxlama aparıldı
  04 İyun 2015    Oxunub:3275
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Kollegiya iclasında dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin istifadəsinə, həmçinin İnstitut üzrə büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

AzVision.az-ın Hesabalama Palatasına istinadən verdiyi xəbərə görə, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Palataya məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.


Teqlər:  



Xəbər lenti