İlham Əliyev yeni prezidenti təbrik edib

İlham Əliyev yeni prezidenti təbrik edib
  04 İyun 2015    Oxunub:1676
Azərbaycan prezidenti İlham Əliyev Raymonds Veyonis Latviya prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Veyonis, Latviya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.


Teqlər:  



Xəbər lenti