Bakıya gələcək 6 min idmançının tərcümeyi-halı - FOTOLAR

Bakıya gələcək 6 min idmançının tərcümeyi-halı - FOTOLAR
  04 İyun 2015    Oxunub:3448
Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.
AzVision.az xəbər verir ki, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz www.az.baku2015.com/athletes/index.html

AzVision.az


Teqlər:  



Xəbər lenti