Aygün Kazımova da məşəl daşıyacaq

Aygün Kazımova da məşəl daşıyacaq
  04 İyun 2015    Oxunub:2216
Xalq artisti Aygün Kazımova Gürcüstandan təcili Bakıya qayıtmasının səbəbini açıqlayıb.
Müğənni “Bakı 2015” Avropa Oyunlarının məşəldarı seçildiyini bildirib:

“Yaradıcı işlərlə bağlı Gürcüstana getmişdim. Zəng gəldi, təcili Bakıya qayıtdım. İclas keçirildi və mən də Avropa Oyunlarının məşəldarlarından biri seçildim. Bu haqda çox danışmağa icazə verilmir. İdmançılara həmişə dəstək oluram. Çünki mən özüm də idmançıyam. İdmanla bağlı çox mahnılar oxumuşam”.
(axşam.az)


Teqlər:





Xəbər lenti