Daha bir məşəldar bəlli oldu

Daha bir məşəldar bəlli oldu
  04 İyun 2015    Oxunub:2573
Xalq artisti Faiq Ağayev Birinci "Bakı-2015" Avropa Oyunlarının məşəldarlarından biri olacaq.
Bu haqda xalq artisti həmkarı İlhamə Quliyevanın klip təqdimatında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O, 150-ə yaxın məşəldar sənət adamı arasında olduğu üçün xoşbəxtdir: `Fərəh hissi keçirirəm. Məşəl daşımaq mənim üçün önəmli hadisədir. Bu ilk Avropa Oyunlarıdır. İllər sonra çox az azərbaycanlı fəxrlə deyə biləcəm ki, mən də məşəl daşımışam. Mənə aid olan marşurt İçərişəhərdən başlayacaq. Nə qədər məsafə qət edəcəyimi bilmirəm. Allaha şükür qaça bilirəm, məşəli qürurla daşıyacam. İdmanın bir çox növlərinə marağım var. Dövlətin maraqları qarşısında isə mənim maraqlarım sönür".

Qeyd edək ki, xalq artisti Aygün Kazımova da Birinci "Bakı-2015" Avropa Oyunlarının məşəldarlarından biri olacaq.



Teqlər:  





Xəbər lenti