Mətbuat Şurasında görüş keçirilib

Mətbuat Şurasında görüş keçirilib
  04 İyun 2015    Oxunub:1681
Mətbuat Şurasında (MŞ) türk dünyasının müxtəlif bölgələrindən olan media nümayəndələri, şair və yazıçılarla görüş keçirilib.
Şuradan verilən məlumata görə, görüş Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə MŞ sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. Şura sədri ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayıl türk toplumları arasındakı mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafına ümumən türk toplumunun qlobal inteqrasiya proseslərindəki mövqeyi baxımından aydınlıq gətirib.

Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair-publisist Əkbər Qoşalı təmsil olunduğu qurumun türk xalqları arasındakı əlaqələrin dərinləşməsinə yönələn fəaliyyətdən söz açıb.

Çıxış edən qonaqlardan Makedoniya parlamentinin üzvü Enes İbrahim, Türkiyənin Kocaeli bələdiyyəsinin mətbuat katibi, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucusu Alptəkin Cevhərli, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici Media Əlaqələri Birliyinin rəhbəri Züleyxa Karaman, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyinin üzvü, Fanil Ganji və başqaları Bakıda səfərdə olmaqdan məmnunluqlarını ifadə ediblər.


Teqlər:



Xəbər lenti