“Əli Kərimli cəbhəçiləri villasında qul kimi işlədir”

“Əli Kərimli cəbhəçiləri villasında qul kimi işlədir”
  05 İyun 2015    Oxunub:7489
“Əli Kərimli cəbhəçi qızları arvad, oğlanları isə qul kimi işlədərək alçaldır”.
Bu fikirləri AzVizon.az-a açıqlamasında AXCP-dən istefa verən gənc fəal Orxan Baxışlı deyib.

Onun sözlərinə görə, hazırda AXCP-də dözülməz bir mühit yaranıb: “Əli Kərimli partiya üzvlərini, əsasən də gəncləri partiyadan soyudub. Biz gənclərə partiyanın “yuxarı”larından çoxlu hədə-qorxular gəlir. Onların dediklərini etmədikdə deyirlər ki, sizi satqın kimi qələmə verəcəyik. Yaxud da aylıq pulları verməməklə hədələyirlər. Onlar bizim partiyadan çıxmağımızı istəmir. Ona görə də belə şantajlarla bizi partiyada saxlamağa çalışırlar”.

Partiyadan istefa verən gənc fəal bildirib ki, Əli Kərimli gənc oğlan və qızları zorla bağ evini təmizlətdirir: “Mən Əli Kərimlinin Mərdəkandakı villasına dəfələrlə təmizliyə getmişəm. Elə bil kəbinli arvadlarıyıq, daha doğrusu qullarıyıq. Əslində elə qullarıyıq. “Yuxarı”dakılar üçün etmədiyimiz yoxdur. Onların bağ evlərinə gedib işləyirik. Əsasən mart-aprel aylarında gedib onların bağ evlərində təmizlik işləri görürük. Əli Kərimli yayda bağ evində dincəlir, istirahət edir deyə bizi təmizliyə aparırlar. Qizlar otaqları, oğlanlar həyəti təmizləyir”.

Onun sözlərinə görə, işləməkdən imtina edən gəncləri adlarını pis çıxarmaqla hədələyirlər: “Təmizliyə getməyənləri alçaldırlar. Qızlar getməyəndə adlarını pis çıxarırlar, ləkələməyə çalışırlar. Tutaq ki, mən getmədim. Ondan sonra mənə diqqət ayırmırlar. Dəfələrlə belə hallarla qarşılaşmışam. AXCP-dən olan gənclər növbə ilə işləməyə məcburdur. Sanki Əli Kərimli üçün işləmək bizim vəzifə borcumuzdur”.

O. Baxışlı deyib ki, gənclərə partiyada qalmaları üçün pul verirlər: “Bizlərə mitinq ərəfələrində pul verirlər ki, iştirak edək. Yuxarıdakılar Bəyim Həsənli, Əbülfəz Qurbanlı, İlham Hüseyn isə aylıq pul alırlar. Hanballıq isə həmişə mənim kimi sıravi üzvlərin boynuna düşür. Bəyim Həsənli, Nihad Hüseyn, İlham Hüseyn, Əbülfəz Qurbanlı ev təmizləyən deyillər. Turan və Toğrul qardaşlarına isə ataları Məhəmməd İbrahimə görə bir söz demirlər”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti