Şad xəbər: metroya kondisionerli qatarlar buraxıldı
Yeni qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Onların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.
Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq, vaqonlararası birbaşa keçid var.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


