Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?- Açıqlama
Bakı-Sumqayıt gediş haqqı 1 manatdan çox olmayacaq...
Nadir Əzməmmədov deyir ki, Bakı-Sumqayıt qatarlarında gediş haqları müəyyənləşdirilir: “Bir sərnişinin Bakıdan-Sumqayıta gediş-gəlişi öyrənilir. Məlum olur ki, bu hardasa, 1 manatdır. Dəmir yolu ən ucuz nəqliyyat vasitəsidir. Biz gediş haqqı ilə bağlı təkliflərimizi hazırlayıb, Tarif Şurasına göndərəcəyik. Qiymətləri Tarif Şurası müəyyənləşdircək. Yəqin ki, gediş haqqı 1 manatdan çox olmayacaq”.
45 dəqiqəyə Sumqayıta gedib-gəlmək mümkündür.
Bəs, qatarlar hansı vaxt intervalı ilə işləyəcək?
Nadir Əzməmmədov hazırda bununla da bağlı araşdırmaların aparıldığını, sərnişin sıxlığının daha çox müşahidə edildiyi vaxtlar qatarlar işləyəcək:
“Hələlik, ancaq iki qatar var. Bu o deməkdir ki, bir qatarda hardasa 920 nəfər sərnişin gedə biləcək. Qatarlar orta hesabla saatda 63 kilometr sürətlə hərəkət edəcək. Bu o deməkdir ki, hər saatbaşı qatarlar yola düşə bilər. İlin sonunda, qatarların sayı artandan sonra, vaxt intervalı daha da azalacaq”.
Sumqayıt-Bakı qatarı haradan keçəcək?
Qatarlarda sutkada təxminən, 30-35 min sərnişinin daşınması gözlənilir.
Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb. Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.
Teqlər: