Müsavatda mühacir skandalı: “Arif Hacılı pul alırdı...`

Müsavatda mühacir skandalı: “Arif Hacılı pul alırdı...`
  05 İyun 2015    Oxunub:5029
“Müsavatdan xaric edilənə qədər mühacir statusu almaq istəyənlərə partiya biletinin satılması barədə məlumatlar vardı. Bu hal keçmişdə olub, indi də var, gələcəkdə də olacaq”.
Bu barədə AzVizon.az-a açıqlamasında Müsavatdan xaric olunan partiya funksioneri Səxavət Əliyov deyib.

O, bildirib ki, 2005-ci ildən sonra mühacir statusu almaq istəyənlərə partiya biletinin satılması daha geniş vüsət alıb: “Vaxtilə Arif Hacılının rəhbərlik etdiyi təşkilat departamenti bu işlə birbaşa əlaqəlidir. Onlar bu məsələ ilə bağlı indiyə qədər verdikləri arayışları ictimaiyyətə açıqlamalıdır. Bu açıqlama verilsə, hər şey aydın olacaq”.

Sabiq müsavatçı hesab edir ki, bu çox ciddi məsələdir və buna media araşdırması ilə qərar vermək düzgün deyil: “Bu məsələnin kökündə pul dayanır. Pulsuz heç kimə partiyanın üzvlük vəsiqəsi paylanılmır. Bu işin də başında Arif Hacılı dururdu. Hesab edirəm ki, bu siyasi biznesin bir formasıdır. Bu işlə məşğul olan təkcə Müsavat partiyası deyil. Belə addımlarla Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurulur. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır”.

S. Əlisoy rastlaşdığı konkret faktları da açıqlayıb: “Avropada olarkən ayrı-ayrı müxalif partiyalardan, “OMON” və Əlikrəm Hümbətov məsələsi üzərindən saysız-hesabsız siyasi sığınacaq alan insanlarla rastlaşmışam. Hətta elələri var ki, ümumiyyətlə Müsavat partiyasına dəxli olmayan insanlardır, amma ciblərində partiya vəsiqəsi gəzdirirlər.
3-4 il bundan öncə Avropada olarkən bir nəfərlə ayaqüstü söhbətimiz oldu. Soruşdum ki, mən kiməm? Tanımadı. Partiya başqanının müşaviri kimi məni tanımamağını normal qəbul etdim. Şübhələnərək sual etdim ki, Müsavat partiyasındakı ikinci şəxsin adını deyə bilərsənmi? Adam cavab verdi ki, ikinci adam Zərdüşt Əlizadədir. Orada olakən belə gülünc stiuasiyalarla çox rastlaşdım”.

S.Əlisoy bildirib ki, Müsavatdakı saxta üzvülük biznesinin arxasında Arif Hacılı durur: “Bəzi kimliklər var. Amma, bu ciddi fakt olduğundan açıqlamaq istəmirəm. Ancaq, bu məsələyə birbaşa cavabdeh şəxs o vaxt təşkilat departamentinin sədri olan Arif Hacılıdır. Eyni zamanda bu işlərin jurnalda qeydiyyatını aparan Zöhrab Məhərrəmli adlı şəxsdir. Onlar buyurub qaranlıq məqamları açıqlasınlar”. – S. Əlisoy bildirib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti