Əli Həsənov baş redaktorlarla görüşür

Əli Həsənov baş redaktorlarla görüşür
  05 İyun 2015    Oxunub:1954
Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkə başçısı Prezident İlham Əliyevin Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə imzaladığı sərəncamdan irəli gələn məsələlərlə bağlı qəzet baş redaktorları ilə görüşü keçirilir.
Tədbiri açıq elan edən PA rəsmisi Əli Həsənov ilk Avropa Oyunlarının başlanmasına az müddət qalması münasibətilə hər kəsi təbrik edib: `Birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir. Bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Bu ounlar Azərbaycanın tarixinə yazılacaq`.

Ə.Həsənov, Prezident İlham Əliyevin Azərbyacan mətbuatının yaranmasının 140 illiyinin geniş şəkildə qeyd olunması ilə bağlı imzaladığı sərəncama da toxunub: "Bu, ilk növbədə ölkə başçısının milli mətbuata verdiyi dəyərdir. Prezident İlham Əliyevin müstəqil Azərbaycanın inkişafında, xalqımızın milli-mənəvi dəyələrinin qorunması və təbliğində medianın oynadığı rola verdiyi qiymətdir".

Tədbir hazırda davam edir.


Teqlər:  



Xəbər lenti