DİN: “Həmin polislər barədə tədbir görüləcək”

DİN: “Həmin polislər barədə tədbir görüləcək”
  02 İyun 2013    Oxunub:1454
Türkiyənin Daxili İşlər Nazirliyi aksiyada zor tətbiq edən polislərlə bağlı araşdırma aparacağı barədə məlumat yayıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, məlumatda vəzifələrindən sui-istifadə edən polislər barəsində araşdırma aparılacağı qeyd olunub.

“Taksim Meydanı və Gezi parkında qanunsuz hərəkətinə davam edən, bütün xəbərdarlıqlara baxmayaraq ətraf mühitə, iş maşınlarına, işçilərə, mühafizə işçilərinə, ətrafdakı şəxslərə hücum edən şəxslərin aksiyalarını dağıtmaq üçün polislər tərəfindən müdaxilə olunur. Bu zaman isə göz yaşardıcı qazdan zəruri olmadıqda istifadə olunmamalıdır”.

Nazirlik Gezi Parkındakı hadisələrlə bağlı isə bildirib ki, “Son olaylara müdaxilələr olarkən çəkilən bütün görüntü və bu məsələ ilə bağlı iddialara araşdırılacaq, öz vəzifələrindən sui-istifadə edən, qanunların verdiyi səlahiyyətləri aşan güc strukturlarının işçiləri barədə lazımi tədbirlər görüləcək, araşdırma aparılacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti