Sabah bu yollar bağlanacaq

Sabah bu yollar bağlanacaq
  05 İyun 2015    Oxunub:5210
Sabah Bakının əsas küçə və prospektləri nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
AzVision.az-ın məlumatına görə, 12 iyunda başlanacaq Bakı 2015 Avropa Oyunları sınaq tədbiri ilə əlaqədar Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq


Teqlər:



Xəbər lenti