Prezident xanımı ilə açılışlar etdi - Fotolar

  05 İyun 2015    Oxunub : 3232
Prezident xanımı ilə açılışlar etdi - Fotolar
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.

Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlətimizin başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham ƏliyevMehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Foto


Teqlər: