“Ziya Məmmədovun xətrini çox istəyirəm” – İlhamə Quliyeva

  05 İyun 2015    Oxunub : 4221
“Ziya Məmmədovun xətrini çox istəyirəm” – İlhamə Quliyeva
“Anar Məmmədovun da, atası Ziya müəllimin də xətrini çox istəyirəm. Anar çox mərifətli oğlandır”.
Bunu AzVision.az-a açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib.

Anar Məmmədovun onun üçün mahnı yazması haqda fikirlərə münasibət bildirən İ.Quliyeva hələ ki, bu mahnını oxuya bilməyəcəyini söyləyib.

“Anar Məmmədov mənim dostumdur. Xətrini çox istəyirəm. O mənim üçün mahnı yazıb, buna görə təşəkkür edirəm. Amma hələ bu mahnını ifa edə bilməyəcəyəm. Artıq yay istirahətim başlayır. Yaxşı istirahət edim, qayıdandan sonra Anar Məmmədovun mahnısını oxuyacağam”.

Xalq artisti Anar Məmmədovla işbirliyindən danışaraq qeyd edib ki, sözügedən mahnını nazir oğlu ona müğənni Abbas Bağırov vasitəsi ilə verib.

“Sağ olsun Anar, məni bu mahnıya layiq görüb. Anar mənim sənətimi, uğurlarımı, statusumu yaxşı bilir. Bunun üçün iş birliyinin olması vacib deyil. O, mənim ifamı və oxumaq tərzimə bələddir”.

Xalq artisti həmçinin qeyd edib ki, Anar Məmmədovun bu mahnısını ondan başqa heç kim ifa edə bilməz: “Heç kim onu oxuya bilməz. Əgər müəllif onu mənə yönəldibsə, icazəsiz heç kim ifa edə bilməz. Anar qayda-qanuna çox ciddi riayət edən adamdır. Bu işlərə heç kim burnunu soxa bilməz”.

Gültəkin Ələsgər

Teqlər: