Nazir söz verdi
Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşların əksər müraciətləri yerində həllini tapıb, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, turizm, şirniyyat istehsalı, iri heyvandarlıq kompleksinin fəaliyyətinin genişləndirilməsi, quşçuluq (damazlıq), üzümçülük, çayçılıq, meyvəçilik və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, qəbulda Şəki, Qax, Oğuz və digər rayonlardan olan 50-yə yaxın vətəndaş müraciət edib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


