"Bakı 2015"-i Afrikanın 25 ölkəsi göstərəcək
Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini Fox Sport və Fox Sport-2 kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.
Bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatdı. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.
Yeni yayım müqaviləsi ilə bağlı Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir, Birinci Avropa Oyunları olduğu üçün yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı-2015-ə yeni tərəfdaşımız “Fox Sport Africa” yayım şərkəti də daxil olmaqla, dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam. Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır”.
“Fox Sport Africa” televiziya şirkətinin kanallar üzrə direktoru Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: “Biz izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı-2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu – Bakı-2015-in tərəfdaşı olmaqdan qürur duyuruq”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


