Siyavuş Novruzov təxribatla üzləşdi
YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır.
“Azərbaycanda kifayət qədər mətbuat orqanları fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab verilir. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


