`Avropa Parlamenti Qarabağ separatçılarını şirnikdirir` - Millət vəkili

`Avropa Parlamenti Qarabağ separatçılarını şirnikdirir` - Millət vəkili
  05 İyun 2015    Oxunub:1602
Erməni lobbisi iyunun üçü Avropa Parlamentində “Münaqişələr və öz müqəddəratını təyinetmə hüququ” mövzusunda müzakirə təşkil ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov öz “Facebook” səhifəsində yazıb.

Aydındır ki, müzakirə iştirakçıları bütün diqqətlərini özləri üçün lazımlı kontekstdə Dağlıq Qarabağ münaqişəsinə cəmləyiblər.
Əgər Avropa Parlamentinə müraciət edilsə, onda onlar bu tədbirin şəxsi təşəbbüs əsasında keçirildiyini bildirəcək və məsuliyyəti öz üzərindən atacaq. Lakin bu zaman sadə sual yaranır. Ruslar Avropa Parlamentində Osetiya, Abxaziya, Dnesteryanı və ya Krımın, Donbasın öz müqəddəratını təyinetmə ilə bağlı analoji tədbiri keçirə bilərdimi? Cavab aydındır, Xeyr. Hətta Basklar və ya Kipr türkləri də çətin ki buna razılıq alardılar. Öz parlamentində Qarabağ separatçılarının liderini qəbul edən Fransa, Avropa Parlamenti necə onları yaxşı dost kimi qəbul etməyimizi və onların məsləhətlərini dinləməyimizi istəyir?

İkili standartların hökm sürdüyü yerdə dostluq və inama yer qalmır, münasibətlər isə çılpaq praqmatizm əsasında qurulur. Ona görə də cənab avropalılar bu və ya digər problemlərlə əlaqədar ölkəmizə narahatlığınızı çatdırdığınız zaman Azərbaycan sizin ikiüzlü olduğunuzu göstərdikdə, heç təəccüblənməyin.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti