SOCAR "Petkim"dəki payını satır
"SOCAR Türkiyə"nin KAP-a verdiyi açıqlamada bunlar qeyd edilib: "8 iyun tarixində və ya növbəti günlər ərzində əsas ortağı olduğumuz "Petkim" şirkətində sahib olduğumuz paylarımızın bir qisminin BIST Topdan Satış Bazarında satış əməliyyatını reallaşdırmaq üzrə Birja İstanbula müraciət ediləcəyini Sərmayə Bazarı Məclisinə bildiririk".
Xatırladaq ki, 1965-ci ildə qurulan Türkiyənin ilk neft-kimya konserni "Petkim" 30 May 2008-ci il tarixində reallaşan özəlləşdirmə tenderi nəticəsində "SOCAR Türkiyə"yə satılmışdı. Hazırda “SOCAR Türkiyə Enerji”in “Petkim”də payı 58%-dir.
Teqlər: