Türkiyədə polis-vətəndaş toqquşması

Türkiyədə polis-vətəndaş toqquşması
  02 İyun 2013    Oxunub:1239
Etirazçılar Ərdoğanın iqamətgahına yaxınlaşmaq istəyiblər, ancaq polislər buna imkan verməyiblər.
Dünən gecə Taksim meydanında toplaşan aksiya iştirakçıları Beşiktaş meydanına irəliləməyə çalışıblar. Ancaq polis bunu imkan verməyib. Buna görə də,vətəndaşlarla polis arasında toqquşma baş verib. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə buna qarşılıq olaraq polisi daş-qalaq ediblər.

Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları qruplara bölünərək ara küçələrə, Barbaros bulvarı, Çırağan sarayı və baş nazirin iqamətgahı olan Dolmabağça sarayı tərəfə istiqamətləniblər. Polis qüvvələri isə onları təqib etməyə başlayıb.

Bəzi etirazçılar ərazidə yerləşən iaşə və ticarət obyektlərinin şüşələrini qırıb, dükanlara zərər yetirib. Bu səbəbdən aksiya iştirakçıları ilə dükan sahibləri arasında da bir neçə toqquşma baş verib. İğtişaşlar zamanı bir polis maşını da yandırılıb.

Etirazçılar Ərdoğanın iqamətgahına doğru irəliləyiblər, ancaq polislər yaxınlaşmağa imkan verməyiblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti