Yunanıstan səfirliyi boykot xəbərini təkzib etdi

Yunanıstan səfirliyi boykot xəbərini təkzib etdi
  05 İyun 2015    Oxunub:1910
Yunanıstanın Bakıdakı səfirliyi Avropa Oyunlarına qarşı səfirin təxribat etməsi barədə məlumatı təkzib edib.
Gün.Az-ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib: “Səfirlik Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb” adı altında dərc olunan məqalənin bütün məzmununu qəti şəkildə təkzib edir. Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcəkdir”.

Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb.

Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.


Teqlər:  



Xəbər lenti