Ceyhandan neft ixracı artıb
Məlumata əsasən cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 713 min 260 ton təşkil edib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövründə 11 milyon 703 min 142 ton olub.Bu da öz növbəsində ixrac həcmində 0,09% artım deməkdir.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 273 milyon 652 min 350 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Teqlər: