Gezi parkının ağacları qaytarılacaq

Gezi parkının ağacları qaytarılacaq
  02 İyun 2013    Oxunub:1245
İstanbulun Gezi parkında kəsilən ağaclar geri qaytarılacaq.
Bu barədə dünən gecə İstanbul bələdiyyə sədri Kadir Topbaş canlı yayımda söyləyib. "Sabah" qəzetinə istinadən, Topbaş bildirib ki,
563 olan ağac sayını 600-ə qədər çoxaltması üçün tədbir görüləcək.

Gezi parkında ağacların kəsilməsi İstanbulda və Türkiyənin digər şəhərlərində genişmiqyaslı etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Türkiyənin 48 şəhərində 90-dan yuxarı etiraz aksiyası keçirilib.

Məlumata əsasən, etiraz aksiyaları ilə əlaqədar, 939 nəfər saxlanılıb, onlardan bir qismi ifadə verdikdən sonra sərbəst buraxılıb. Taksim meydanında etiraz aksiyaları başladığı vaxtdan indiyənədək 53 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti