Putindən etiraf: `Özümü xoşbəxt hiss edirəm`

Putindən etiraf: `Özümü xoşbəxt hiss edirəm`
  06 İyun 2015    Oxunub:16201
Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, həyatda etdiyi heç nəyə görə peşman deyil, əksinə özünü xoşbəxt hiss edir.

AzVision.az-ın məlumatına görə, bu barədə Putin İtaliyanın məşhur “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Putin indiyə kimi atdığı heç bir addıma görə təəsüflənmədiyini qeyd edib.
“Görünür, tanrı mənim taleyimi elə yazıb ki, mən heç nəyə görə təəssüflənmirəm”, - deyə Putin vurğulayıb.

Jurnalistin “Siz xoşbəxtsinizmi?” sualına Rusiya lideri “Tanrıya şükürlər olsun” deyə cavab verib.

Putin “özünüzü Rusiya imperatorlarından kimə bənzədirsiniz, yaxuda hansından ilham alırsınız? sualını isə cavab verməkdən boyun qaçırıb.

“Mənə tez-tez bu sualı ünvanlayırlar. Sözün açığı, mən bu sualdan yayınmağa çalışıram. Çünki cavabından asılı olaraq müxtəlif müqayisələr başlayır. Mən özümə kumir yaratmamağa çalışıram.

Bundan başqa deyə bilərəm ki, öz işimdə rus xalqının maraqlarını rəhbər tuturam. Fikrimcə, bizim tariximizdə, Avropa tarixində, ümumilikdə dünya tarixində xeyli sayda layiqli nümunələr var. Lakin bu insanların hamısı müxtəlif şərtlər altında yaşayıb və işləyiblər. Ən vacib olan özünə və bu işi sənə etibar edən insanlara qarşı dürüst olmaqdır”, - deyə Putin vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti