Bəzi marşurutların istiqaməti dəyişdirildi

Bəzi marşurutların istiqaməti dəyişdirildi
  06 İyun 2015    Oxunub:2211
Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərkət istiqamətində dəyişiklik edilib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi ilə əlaqədar olaraq yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır.

Belə ki, Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib.

Eyni zamanda bu gün Koroğlu metrosu istiqamətində hərəkət edən marşrutların da hərəkət istiqaməti dəyişdirilib. Olimpiya Stadionunda keçirilən növbəti sınaq tədbiri ilə bağlı Mərdəkan, Bilgəh istiqamətindən gələn marşrutlar Heydər Əliyev hava limanından beton yola çıxaraq Həzi Aslanov metrosuna gedəcəklər.

Zabrat istiqamətindən hərəkətə başlayan avtobuslar isə Bakıxanova girərək bir neçəsi Neftçilər metrosuna, qalanları isə Qara Qarayev metrosuna kimi hərəkət edəcəklər.

Bununla bağlı 150, 160, 171 nömrəli marşrutların son dayanacağı Həzi Aslanov metrosu olub.

Bu marşrutların hərəkət istiqaməti dəyişdirilməsi 12 iyun və 28 iyun tarixlərində də təkrarlanacaq

AzVision.az


Teqlər:  





Xəbər lenti