Nar və Ceyran Bakını gəzdi - Video

Nar və Ceyran Bakını gəzdi - Video
  06 İyun 2015    Oxunub:2737
“Bakı-2015” birinci Avropa Oyunları artıq növbəti həftə paytaxtımızda təntənəli açılış mərasimi ilə start götürəcək. İyunun 28-dək Bakıda keçiriləcək bu möhtəşəm idman bayramı müxtəlif ölkələrdən minlərlə insanı-idmançıları, tamaşaçıları, paytaxt sakinlərini, ölkəmizə gələn minlərlə qonağı öz ətrafında birləşdirəcək.
Bu təntənəyə daha az bir vaxt qaldıqca bayram sevinci daha da artır. AzVision.az xəbər verir ki, elə bu ərəfədə “Bakı-2015” birinci Avropa Oyunlarının simvoli olan Nar və Ceyran sakinlər arasında olub və ilk dəfə keçiriləcək Avropa Oyunlarının sevincini sakinlər və şəhərimizin qonaqları ilə birlikdə yaşayıb.

“Bakı-2015”in simvoli olan Nar və Ceyranın paytaxt sakinləri və şəhərimizin qonaqları ilə videoçarxını təqdim edirik:






Teqlər:  



Xəbər lenti