Ağır qəza: ölən və yaralılar var

Ağır qəza: ölən və yaralılar var
  06 İyun 2015    Oxunub:1942
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
AzVision.azın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumaata görə, “VAZ” və “Mercedes” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“VAZ” markalı avtomobilin sərnişini həlak olub, sürücüsü xəsarət alıb, digər avtomobilin sürücü və sərnişini xəsarət alıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 10:50-də başa çatıb.


Teqlər:  



Xəbər lenti