`Vəziyyət tam nəzarətdə olacaq` - Zakir Həsənov

`Vəziyyət tam nəzarətdə olacaq` - Zakir Həsənov
  06 İyun 2015    Oxunub:1667
Müdafiə Nazirliyi Azərbaycanda mötəbər Beynəlxalq tədbir ərəfəsində cəbhə xəttində qarşı tərəfin aktivləşməsini nəzərə alıb. "Bakı 2015" zamanı qoşunların təmas xəttindəki vəziyyət tam nəzarət altında olacaq.
Bunu müdafiə naziri Zakir Həsənov ANS-ə açıqlamasında deyib.

O həmçinin bildirib ki, Azərbaycan xalqı rahat şəkildə bu oyunlarda iştirak edə, izləyə bilər.

"Ali Baş Komandanın tapşırığı ilə bütün güc strukturlarına plana uyğun tapşırıqlar verilib və onlar buna uyğun olaraq öz fəaliyyələrini həyata keçirəcəklər.

Müdafiə Nazirliyinin üzərinə düşən məsələlər mütləq şəkildə həl olunur və həll olunacaq”.




Teqlər:



Xəbər lenti